Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Ammonyak daşınması üçün nəzərdə tutulan iki tanker 240,7 milyon dollara başa gələcək

“HD Korea Shipbuilding & Offshore Engineering” (“HD Hyundai Group”-a daxildir) gəmiqayırma holdinqinin törəmə şirkəti olan “HD Hyundai Heavy Industries” şirkəti adı açıqlanmayan daşıyıcıdan iki VLAC gəmisinin tikintisi üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin ümumi məbləği 240,7 milyon dollardır. Ammonyak daşıyacaq hər iki tanker 2027-ci ilin mart ayınadək istismara hazır olmalıdır.

Bu, “HD Hyundai Heavy Industries”-in cari ildə ikinci gəmiqayırma müqaviləsidir - yanvarın 5-də şirkət adı açıqlanmayan Avropa daşıyıcısı ilə iki 88 min kubmetr tutumlu LPG tankerinin tikintisi üçün 230 milyon dollarlıq müqavilə imzalayıb.

Tankerlərin 2027-ci ilin birinci yarısına qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır