Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Göyərtəsi 4 futbol meydançası boyda olan konteyner gəmisi dəniz sınaqlarına çıxıb - VİDEO

Çində nəhəng konteyner gəmisinin dəniz sınaqlarına başlanılıb.

“Seanews.az” xəbər verir ki, uzunluğu 399,99 metr və eni 61,3 metr olan “OOCL Valencia” gəmisi 24188 konteyneri qəbul edə bilir. Gəminin göyərtə sahəsi demək olar ki, 4 futbol meydançası ölçüsündədir.

Maksimum yükgötürmə qabiliyyətinin 228 min ton olması “OOCL Valencia”-nı dünyanın ən böyük konteyner gəmilərindən birinə çevirir.

“gadgetstyle.com”-in bildirdiyinə görə, bu barədə “OOCL Valencia”-nı inşa edən “Nantong Cosco KHI Ship Engineering Co., Ltd” məlumat yayıb.

Konteyner gəmisi əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş istismar səmərəliliyinə malikdir və gəmiçilik sənayesinin yaşıl, aşağı karbonlu və ağıllı inkişaf ənənələrinə cavab verir.

“OOCL Valencia” gəmi sahibi “Orient Overseas Container Line Ltd” tərəfindən sifariş edilən 12 ekoloji cəhətdən təmiz gəmidən yeddincisidir. Konteyner gəmilərinin Asiya-Avropa marşrutlarında istifadə edilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır