Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Nakilat” 1 milyard dollarlıq qaz daşıyıcıları sifariş verib

Qətərin mayeləşdirilmiş təbii qazın nəqli üzrə ixtisaslaşan “Nakilat” şirkəti Koreyanın “Hyundai Heavy Industries” gəmiqayırma zavodu ilə ammonyak və mayeləşdirilmiş neft qazının daşınması üçün iki LNG daşıyıcısı və dörd iri tutumlu tankerin tikintisinə dair müqavilə imzalayıb.

Seanews.az” xəbər verir ki, müqavilənin həyata keçirilməsi “Nakilat”-ın donanmasını 71 gəmiyə qədər genişləndirəcək. Müqavilənin dəyəri 1 milyard dollar qiymətləndirilir.

“Nakilat”ın daşıma qabiliyyəti Qətərin digər dövlət şirkəti, dünyanın ən böyük LNG ixracatçılarından biri olan “QatarEnergy”-nin işini tamamlayacaq. “QatarEnergy” LNG istehsalını və ixracını artırmaq üçün genişmiqyaslı layihə həyata keçirir. Şimal yatağı layihəsinin genişləndirilməsi, xüsusilə altı mayeləşdirilmiş qaz xəttinin istismara verilməsi 2027-ci ilə qədər “North Field Eas”t yatağında LNG hasilatının həcmini ildə 77 milyon tondan 126 milyon tona qədər artıracağı gözlənilir.

Xatırladaq ki, 2023-cü ildə “QatarEnergy” şirkəti təkcə “HD Hyundai”-ya ümumi məbləği 4 milyard dollar olan 17 LNG qaz daşıyıcısı sifariş etmiş, 2022-ci ildə isə Koreya və Çin tərsanələri ilə 60 qaz daşıyıcısının tikintisi üçün müqavilələr bağlamışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır