Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Alternativ yanacaqlardan istifadə edən 298 gəminin tikintisi sifariş edilib

2023-cü ildə dünyada alternativ yanacaqlardan istifadə edən 298 gəminin tikintisi üçün müqavilələr bağlanıb.

“Seanews.az” xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8% çoxdur. Ümumilikdə, neft məhsullarından savayı, başqa yanacaqla işləyən gəmilər üçün sifarişlər ümumi sifarişlərin 25%-ni təşkil edib.

Daha çox metanolla işləyəcək gəmilər sifariş verilmişdir: 138 gəmi. 2022-ci ildə bu rəqəm 35 olmuşdur. Keçən il LNG ilə işləyən gəmilər isə bir qədər az sifariş edilib - cəmi 130, halbuki 2022-ci ildə 222 gəmi sifariş edilmişdi.

Hər iki yanacaq növü üzrə sifarişlərin sayına metanol daşıyan tankerlərin və ya LNG tankerlərinin birbaşa istehsal edildiyi müqavilələr daxil deyil.

İnişillə müqayisədə hidrogenlə işləyən gəmilər populyar olmayıb:H2 gəmilərinin tikintisi üçün cəmi 5 müqavilə bağlanıb. Maraqlıdır ki, şirkətlər ammonyakla işləyəcək 11 gəmi tikmək qərarına gəliblər ki, bu, gəmiqayırma üçün sıçrayışdır.

Konteyner gəmiləri və dəniz avtomobili daşıyıcılarının sifarişləri arasında alternativ yanacaqla işləyən gəmilərə marağın kəskin artması müşahidə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır