Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yeni xilasetmə-yedək gəmisi suya buraxılıb

Yaponiyanın “Mitsubishi Shipbuilding Co.” gəmiqayırma şirkətinin (“Mitsubishi Heavy Industries” (“MHI”) qrupuna daxildir, “Yokohama”) “Enoura Shimonoseki Shipyard & Machinery Works” tərsanəsində inşa etdiyi xilasetmə yedək gəmisinin adlandırılması və suya salınması mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, “Mitsubishi Shipbuilding Co.”-nun press relizində belə deyilir.

Xilasedici yedək gəmisi “Koyo Maru” adlandırılıb. Sifarişçiyə - “Nippon Salvage Co., Ltd.” şirkətinə 2024-cü ilin iyun ayında Şimonosekidəki gəmiqayırma körpüsündə tikintisi başa çatdıqdan və uğurlu dəniz sınaqlarından sonra təhvil veriləcək.

Tikilməkdə olan gəmi həmin zavodda inşa edilmiş və 1998-ci ildən istismarda olan eyni adlı “Koyo Maru” yedək gəmisini əvəz edəcək.

Uzunluğu 80,6 metr, eni 15,5 metr, ümumi tutumu təxminən 3000 ton olan yeni gəminin dartma qüvvəsi Yaponiya üçün hələlik ekord sayıla bilər. Yedək gəmisi müasir yanğınsöndürmə sistemləri ilə təchiz olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır