Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İtaquai hərbi dəniz kompleksində “Humaitá” dizel-elektrik sualtı qayığı istismara verilib

Rio-de-Janeyrodakı İtaquai hərbi dəniz kompleksində “Humaitá” (S-41) dizel-elektrik sualtı qayığı istismara verilib.

“Seanews.az” xəbər verir ki, bu, sualtı donanmanın modernləşdirilməsi proqramı çərçivəsində Fransa ilə ortaq şəkildə inşa edilmiş dörd “Riachuelo” sinifli sualtı qayıqdan ikincisidir.

Braziliya Hərbi Dəniz Qüvvələri ilə Fransa Hərbi Dəniz Qrupu arasında 4 sualtı qayığın alınmasına dair müqavilə imzalanıb. Hər bir gəminin dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir.

Sualtı qayıq 2013-cü ildə tikilib və 2020-ci ildə suya buraxılıb. Qalan “Riachuelo” sinifli sualtı qayıqlar 2025 və 2026-cı illərdə təhvil veriləcək.

“Riachuelo” sinif sualtı qayıqların uzunluğu 70,6 metr (232 fut), eni 6 metr (20 fut) və yükgötürmə qabiliyyəti 1900 tondur (3,8 milyon funt).

21 düyün (saatda 24 mil/39 kilometr) sürətə hərəkət edə bilən sualtı qayıqları fasiləsiz 70 gün istismar etmək mümkündür. “The Defence Post”-un yazdığına görə, onlar qanadlı raketlər, gəmi əleyhinə raketlər, ağır torpedalar və gəmi minaları ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır