Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

"Frontline" şirkəti 5 iritutumlu neft tankerini satır

"Frontline" tanker şirkəti 2009 və 2010-cu illərdə inşa edilmiş 5 iritutumlu neftdaşıyıcısını (VLCC) 290 milyon dollara satmağa razılaşıb. Şirkət öz donanmasının yanacaq səmərəliyini və ətraf mühitə uyğunluğunu artırmaq üçün proqram həyata keçirir.

“Seanews.az” xəbər verir ki, tankerlərin alıcısının adı açıqlanmayıb, lakin “VesselsValue”-a görə, bu, Cənubi Koreyanın “Sinokor Merchant Marine” gəmiçilik şirkəti ola bilər. Satılan tankerlərdən “Front Cecilie”-nin dedveyti 297 min ton, “Front Signe”, “Front Queen”, “Front Kathrine” və “Front Endurance”-nin hər birinin dedveyti isə 321,3 min tondur.

Beş gəminin yeni sahibinə təhvil verilməsi 2024-cü ilin birinci rübündə planlaşdırılır. Mövcud borcun ödənilməsindən sonra satışdan gözlənilən xalis gəlir təqribən 207 milyon ABŞ dolları təşkil edəcək. Şirkət 2024-cü ilin birinci rübündə hər bir gəminin təhvil verildiyi tarixdən asılı olaraq 68 milyon dollardan 76 milyon dollara qədər mənfəət əldə edəcəyini gözləyir.

“Euronav NV”-dən alınmış bütün 24 VLCC gəmisinin sövdələşməsi və təhvil verilməsi başa çatdıqdan sonra “Frontline”-nin donanması 84 gəmidən ibarət olacaq. 41 tanker VLCC, 25 tanker “Suezmax”, 18 tanker “LR2/Aframax” tiplidir. Onların ümumi dedveyti təxminən 18,2 milyon ton, gəmilərin orta yaşı 5,9 ildir.

“Frontline” neftin dəniz nəqliyyatı və saxlanması ilə məşğul olan böyük tanker donanması operatorlarından biridir. Şirkətin ofisləri Limassol (Kipr), Oslo, Sinqapur, London, Qlazqo və Bermud adalarında yerləşir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır