Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“ONE” üçün metanolla işləyə bilən on iki gəmi tikiləcək

“ONE” gəmiçilik şirkəti Çinin “Jiangnan Shipyard və Yangzijiang Shipbuilding” tərsanələri ilə iki yanacaqlı mühərriklərlə təchiz edilmiş və metanolla işləyə bilən 13 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisi üçün müqavilələr imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəmiqayırma zavodlarının hər biri altı konteyner gəmisi inşa edəcək. 2027-ci ildən gəmilərin təhvil verilməsinə başlanacaq.

“Bu, “ONE”-nin donanması üçün mühüm mərhələdir. Metanolla işləyən konteyner gəmiləri şirkətin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq kimi yaşıl strategiya məqsədlərinə çatmaqda əsas rol oynayır”, - deyə “ONE” qeyd edir.

Konteyner gəmiləri enerjiyə qənaət edən və yaşıl texnologiyalarla təchiz ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır