Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HD KSOE” Yaxın Şərq sifarişçisi üçün 235 milyon dollara iki qaz daşıyıcısı tikəcək

Cənubi Koreyanın “HD Hyundai Group”-na daxil olan gəmiqayırma holdinqi “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (HD KSOE) Yaxın Şərq gəmiçilik şirkəti üçün iki mayeləşdirilmiş neft qazı tankeri tikəcək. Müqavilənin dəyəri 310 milyard vondur (235 milyon dollar).

“Seanews.az” xəbər verir ki, bu barədə Koreyanın “Yonhap” xəbər agentliyi “HD KSOE”-nin bəyanatına istinadən məlumat yayıb.

Hər iki tanker Ulsanda - “HD Hyundai Heavy Industries Co.” tərsanəsində tikiləcək. Gəmilər 2027-ci ilin noyabrına kimi sifarişçilərə təhvil verilməlidir.

Son müqaviləni nəzərə alaraq, Cənubi Koreyanın gəmiqayırma nəhəngi illik planlaşdırılmış sifariş həcmini 17,7% (2,38 milyard dollar) yerinə yetirib. “HD KSOE” 2023-cü il üçün illik 15,7 milyard dollarlıq hədəfini xeyli üstələyən 22,6 milyard dollarlıq sifariş almışdı. 2024-cü il üçün isə gəmiqayırma sifarişlərindən 13,5 milyard dollar alacağını gözləyirdi.

“HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) üç gəmiqayırma bölməsindən - “Hyundai Heavy Industries Co.”, “Hyundai Mipo Dockyard Co.” və “Hyundai Samho Heavy Industries”-dən ibarətdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır