Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“MSC Cruises” 2024-cü ilin aprel ayında kruiz marşrutları üzrə üç səfərini ləğv edib

“MSC Cruises” şirkəti 3 gəminin Cənubi Afrika və BƏƏ-dən Avropaya “Grand Voyage” marşrutlarında 2024-cü ilin aprelinə planlaşdırılan səfərini ləğv edib.

“Seanews.az” xəbər verir ki, “MSC Cruises”-in bu qərarı Qırmızı dəniz bölgəsində vəziyyətin pisləşməsi, səfər riskləri ilə bağlıdır.

“MSC Splendida” gəmisi ilə Durbandan (Cənubi Afrika) Genuyaya (İtaliya) 24 günlük səfər, “MSC Opera” gəmisi ilə Dubaydan (BƏƏ) Genuyaya 21 günlük səfər və “MSC Virtuosa” gəmisi ilə Dubaydan Sauthemptona (Böyük Britaniya) 23 günlük səfər ləğv edilib.

Qırmızı dəniz marşrutu əvəzinə, üç gəmi bu yay - kruiz dövründə göyərtəsində sərnişinlər olmadan, Afrikanın qərb sahilləri ətrafında marşrutla Avropaya göndəriləcək.

Şirkət artıq üç kruizdə yer sifariş etmiş sərnişinlərlə bağlı problemləri həll edir və onlara “Grand Voyage” proqramı çərçivəsində oxşar müddətə gələcək səfərlərə pulsuz keçirmələr təklif edir. "Onlar həmçinin şirkətin qlobal şəbəkəsindəki istənilən digər kruiz üçün biletləri qismən geri qaytarmaqla və ya qiymətdəki fərqin əlavə ödənişi ilə yenidən bron edə bilərlər", - “MSC”-nin açıqlamasında deyilir.

“MSC Cruises” (qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir) dünyanın üçüncü ən böyük kruiz brendidir. Şirkət Karib dənizi, Şimali Amerika və Uzaq Şərq bazarlarında fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır