Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

LNG ilə işləyən nəhəng RO-RO gəmisi ilk səfərinə çıxıb - VİDEO

LNG ilə işləyən dünyanın ən böyük RO-RO gəmisi yanvarın 17-də Şanxaydan Avropaya yola düşüb.

“seanews.az” xəbər verir ki, avtomobil daşıyıcısı Avropaya Çin markalı 5 minə yaxın yeni avtomobil çatdıracaq ki, bunun da təxminən yarısı yeni enerji mənbələri ilə işləyən avtomobillərdir. Ümumilikdə gəmi 7,6 min avtomobil daşımağa qadirdir.

“SAIC Anji Sincerity” adlı gəmi Çin Dövlət Gəmiqayırma Korporasiyası (“CSSC”) tərəfindən inşa edilib və Çin avtomobil istehsalçısı “SAIC”-in logistika qolu olan “Anji Logistics” tərəfindən idarə edilib.

Gəminin uzunluğu 200 metr, eni 38 metrdir. Mayeləşdirilmiş təbii qaz və dizel yanacağından istifadə edən iki yanacaq sistemli avtomobildaşıyan eyni ölçülü ənənəvi gəmilərlə müqayisədə karbon qazı emissiyalarını 30% azaldır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır