Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Türkiyə Hərbi Dəniz Qüvvələri dörd yeni gəmini qəbul edib

Türkiyənin şimal-qərbindəki Yalova şəhərindəki “Sefine” tərsanəsində Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 4 yeni gəminin istismara verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, söhbət birinci dərəcəli “TCG İstanbul” (F-515) freqatı, yeni nəsil döyüş dəstək və dəniz təchizat gəmisi “TCG DERYA”, logistika gəmisi “TCG Üsteğmen Arif Ekmekçi” (A-575) və pilotsuz gəmi “MARLIN”-dən gedir.

Mərasimlə bağlı çıxış edən Türkiyə prezidenti güclü silahlı qüvvələrə malik olmaq üçün müdafiə sənayesinin müstəqilliyinin vacibliyini vurğulayıb. O qeyd edib ki, ölkə artıq gəmiqayırma sahəsində özünü demək olar ki, 80% təmin edir.

Qeyd edilib ki, Türkiyənin müdafiə sənayesi əsas diqqətini Hərbi Dəniz Qüvvələri üçün pilotsuz və avtonom hərbi dəniz nəqliyyatı vasitələrindən tutmuş sualtı gəmilər və təyyarədaşıyıcılara qədər müxtəlif döyüş platformalarının hazırlanmasına yönəldəcək.

Türkiyə Müdafiə Agentliyi (SSB) “MARLIN” dəniz pilotsuz gəmisinin dünyada hərtərəfli elektron döyüş qabiliyyətinə malik ilk belə gəmi olduğunu vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır