Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İndoneziya Filippin üçün yeni tip desant gəmiləri inşa edəcək

İndoneziyanın dövlət gəmiqayırma şirkəti “PT PAL Indonesia”-da ilk yeni nəsil “LPD” tipli desant helikopteri gəmisinin kilinin qoyulması mərasimi keçirilib. Eyni zamanda, Surabayadakı “PT PAL Indonesia” müəssisəsində bu seriyanın ikinci gəmisinin polad kəsimi işləri görülüb.

“Seanews.az” xəbər verir ki, iik “LPD”-nin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır. Onun polad kəsimi mərasimi 2023-cü ilin avqustunda baş tutmuşdu.

Uzunluğu 124 metr, eni 21,8 metr, yükgötürmə qabiliyyəti 7200 ton olacaq gəmi maksimum 16 düyün sürətlə hərəkət edəcək.

Dənizə 680 nəfərlə çıxacaq “LPD” üç helikopter, iki desant gəmisi (LCU), dörd qayıq daşıya bilər. “Hər iki gəmi geniş spektrli hərbi və qeyri-hərbi əməliyyatları yerinə yetirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır