Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HMM Garnet” gəmisinin adlandırılması mərasimi keçirilib

Cənubi Koreyanın Ulsanda yerləşən “HD Hyundai Heavy Industries” (“HD KSOE”-yə daxildir) gəmiqayırma zavodunda “HMM Garnet” gəmisinin adlandırılması mərasimi baş tutub.

“Seanews.az” bu barədə “Offshore Energy” sənaye saytına istinadən xəbər verir.

2021-ci ilin iyun ayında Cənubi Koreyanın “HMM” konteyner daşıyıcısı 13 min TEU tutumlu on iki konteyner gəmisinin tikintisini sifariş verib. Müqavilələr Cənubi Koreyanın iki gəmiqayırma zavodu - “Hanwha Ocean” və “HD Hyundai Heavy Industries” arasında bölüşdürülüb: hər biri altı gəmi inşa edəcək.

Layihəyə əsasən, bütün gəmilər mayeləşdirilmiş təbii qazla işləməyə hazırlanacaq və enerjiyə qənaət edən müxtəlif texnologiyalarla təchiz ediləcək.

“HMM Garnet” (“Garnet”) konteyner gəmisinin uzunluğu 335 metr, eni isə 51 metrdir. Bu ilin fevral ayından etibarən Liberiya bayrağı altında üzən gəmi “THE Alliance”-ın bir hissəsi kimi EC1 konteyner marşrutuna xidmət göstərəcək. Gəmi Kaosyun, Syamen, Yantyan, Şanxay, Ninbo, Busan, Yantyann, Nyi-York, Norfolk, Çarlson, Savanna və Sinqapur ardıcıllığı ilə limanlara yan alacaq.

12 gəmi istismara verildikdən sonra “HMM” şirkətinin konteyner gəmilərinin ümumi tutumu 1 milyon TEU olacaq.  

“HMM Co., Ltd.” Cənubi Koreyada inteqrasiya olunmuş nəqliyyat, logistika və xətti gəmiçilik şirkətidir. Onun 138 konteyner gəmisindən ibarət donanması 50-dən çox yükdaşıma marşrutuna xidmət göstərir və 100-dən çox beynəlxalq limana səfərlər edir. Donanma tutumu baxımından” HMM” onuncu ən böyük konteyner xəttidir.  2022-ci ildə “HMM”-nin konsolidə edilmiş xalis gəliri 88,6% artaraq 7,9 milyard dollar olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır