Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HSHI” gəmiqayırma zavodu Qətərin gəmiçilik və enerji şirkəti üçün altı tanker inşa edəcək

Cənubi Koreyanın “Hyundai Samho Heavy Industries” gəmiqayırma zavodu (“HSHI”, “HD KSOE”-yə daxildir) Qətərin gəmiçilik və enerji şirkəti “Nakilat”-dan mayeləşdirilmiş neft qazı və ammonyak daşımaq üçün iki LNG tankerinin və dörd böyük tutumlu tankerin tikintisi sifarişi alıb.

“Seanews.az” xəbər verir ki, LNG tankerinin hər birinin yük tutumu 174 min kubmetrdir. LPG və ammonyakın daşınması üçün VLGC ölçülü gəmilərin yük tutumu 88 min kubmetr olacaq.

Gəmilər 2026 - 2027-ci illərdə sifarişçiyə təhvil veriləcək. Nəticədə, “Nakilat”-ın LNG donanması 71, LPG donanması isə 8 tankerdən ibarət olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır