Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

14 patrul gəmisi 63 ay ərzində təhvil veriləcək

Hindistanın Müdafiə Nazirliyi sahil mühafizəsi üçün 14 sürətli patrul gəmisinin alınmasına dair müqavilə imzalayıb.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi hökumətin informasiya saytında yayılan məlumatda bildirib.

Müqavilənin dəyəri 10 milyard Hindistan rupisindən çoxdur (təxminən 128 milyon dollar). Gəmilər Mumbayda yerləşən “Mazagon Dock Shipbuilders Ltd” tərəfindən layihələndiriləcək, inşa ediləcək və 63 ay ərzində təhvil veriləcək.

Gəmilər çoxməqsədli pilotsuz uçuş aparatları, uzaqdan simsiz idarəetmə ilə suda xilasetmə sistemi və süni intellekt imkanları ilə təchiz olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır