Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HD Korea Shipbuilding”-ə üç dəniz ammonyak tankerinin tikintisi sifariş verilib

Cənubi Koreya gəmiqayırma qrupu “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) üç böyük tutumlu ammonyak tankerinin (VLAC) tikintisi üçün sifariş alıb.

“Seanews.az” qrupun bəyanatına istinadən xəbər verir ki, gəminin tikintisi ümumilikdə 491,1 milyard vona başa gələcək (366 milyon dollar).

Latın Amerikasından olan sifarişçinin adı açıqlanmır.

Gəmilər Ulsan limanında - “HD KSOE”-nin üç bölməsindən biri olan “HD Hyundai Heavy Industries Co.” tərsanəsində inşa ediləcək. Müqavilənin şərtlərinə əsasən, tankerlər 2028-ci ilin iyun ayına kimi sifarişçiyə təhvil verilməlidir.

Bu günə qədər “HD KSOE” 2024-cü ildə 32 gəminin tikintisi üçün cəmi 3 milyard dollarlıq sifarişlər alıb ki, bu da illik 13,5 milyard dollarlıq hədəfin 22,2%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır