Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Filippin Hərbi Dəniz Qüvvələri üçün sualtı qayıqlar alınacaq

Filippin prezidenti Ferdinand Markos respublikanın silahlı qüvvələrinin modernləşdirilməsinin üçüncü mərhələsini, o cümlədən Cənubi Çin dənizindəki suverenliyini qorumaq üçün sualtı qayıqların alınmasını təsdiqləyib.

“Seanews.az” xəbər verir ki, bu barədə respublikanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Roy Trinidad məlumat verib.

"Bizim Hərbi Dəniz Qüvvələrimiz yəqin ki, o qədər də böyük deyil, lakin biz ərazi hüquqlarımıza və suverenliyimizə diqqət yetirəcək Hərbi Dəniz Qüvvələrinə sahib olmaq istərdik", - deyə “Reuters” ondan sitat gətirir. 

Ölkənin Hərbi Dəniz Qüvvələrinin sözçüsü əlavə edib ki, Filippin “mütləq birdən çox sualtı qayıq” əldə etmək niyyətindədir.

Bundan əvvəl isə İndoneziyanın Filippin Hərbi Dəniz Qüvvələri üçün yeni tip desant gəmiləri də inşa ediləcəyi bildirilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır