Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Euronav” aşağı emissiyalı 120 gəmi inşa edəcək

“Euronav”-ın yeni təyin olunmuş baş direktoru Alexandre Saveris aşağı emissiyalı 120 gəmi tikmək və donanmanın alternativ yanacağa keçirilmə planlarını açıqlayıb.

Saveris ailəsinin nəzarətində olan “Compagnie Maritime Belge” şirkəti ötən ilin noyabrında rəsmi olaraq “Euronav”-a nəzarəti ələ keçirib. Xatırladaq ki, həmin vaxt başqa bir tanker operatoru “Frontline” şirkəti “Euronav”-dakı payını – 13,7 milyon səhmini “CMB”-yə satmaq niyyətini və artıq sövdələşdiyini bəyan etmişdi. Səhmlərin satışı “Frontline”-ın “Euronav”-a məxsus 24 VLCC tankerdən ibarət donanmanı alması ilə bağlı idi – “Euronav”-dakı səhmlərin satışı vasitəsilə, “Frontline” gəmilərin alınmasını maliyyələşdirmək istəyirdi.

“CMB” indi xam neftin nəqlindən asılılığını azaltmaq üçün “Euronav”-ın donanmasını müxtəlif gəmiçilik seqmentlərində diversifikasiya etmək niyyətindədir. “Bu, tanker biznesindən tam çıxmaq demək deyil, xam neftin nəqlindən əldə olunan gəlirin payının tədricən azalması deməkdir. Müvafiq olaraq, konteyner gəmiləri, tankerlər və aşağı emissiyaları olan, hidrogen və ya ammonyakla işləyən yük daşıyıcıları “Euronav”-ın portfelinə əlavə olunacaq", - deyə “CMB” vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır