Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“TEN” gəmiçilik şirkəti beş ekoloji cəhətdən təmiz gəmi alacaq

Yunanıstanın enerji daşıyıcısı “Tsakos Energy Navigation Ltd.” (“TEN”) Norveçin “Viken Crude AS” şirkətindən beş müasir ekoloji təmiz gəmi aldığını bildirib. Bunlar iki “Aframax” tipli iki yanacaqlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi (2023-cü ildə inşa edilib), bir “Suezmax Super-Eco” sinifli gəmi (2019) və skrubberlərlə təchiz olunmuş iki “1A” buz sinfi “Aframax” gəmisidir (2018 və 2019).

2018-2023-cü illərdə tikilmiş bu gəmilər böyük enerji şirkətinə taym-çarterə veriləcək.

Bu və əvvəllər sifariş verilmiş gəmilər alındıqdan sonra LNG ilə işləyən “TEN” şirkətinin tankerlərinin sayı altıya, skrubberli gəmilərinin sayı 12-yə, buz sinifli gəmilərin sayı 17-yə, ümumilikdə isə donanmasında bütün növ gəmilərin sayı 72-yə qədər artacaq.
1993-cü ildə əsası qoyulmuş “Tsakos Energy Navigation Ltd.” (“TEN”) ən nüfuzlu dövlət gəmiçilik şirkətlərindən biridir. Donanmasının ümumi dedveyti 8,8 milyon tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır