Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Gəmidən gəmiyə” əməliyyatı ilə yeni konteynerdaşıyan “yaşıl” metanolla təchiz edilib

Cənubi Koreyanın Ulsan limanında “Gəmidən gəmiyə” sxemi üzrə “yaşıl” metanol ilə konteyner gəmisinin dünyada ilk bunker əməliyyatı baş tutub.

Söhbət “Maersk”-ə məxsus 16 min tonluq yeni tikili “Ane Maersk” konteynerdaşıyanından gedir.

Yanacaq təchizatı əməliyyat gəmi “HD Hyundai Heavy Industries” tərsanəsindən çıxdıqdan dərhal sonra həyata keçirilib.

Dəniz sınaqları zamanı “Ane Maersk” gəmisi qalıq yanacaqlardan əldə edilən metanolla bunker edilib. Əməliyyatda “Hana Marine” şirkətinin idarə etdiyi “Golden Sunny Hana” bunker gəmisi iştirak edib.

Qeyd edək ki, “Ane Maersk” konteynerdaşıyanı “Maersk” şirkətinin metanolla işləyən 18 meqa konteyner gəmisindən birincisidir. Qalan konteyner gəmilərinin 2014-2025-ci illər arasında istismara verilməsi planlaşdırılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır