Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Meyer Werft” gəmiqayırma şirkəti “Carnival Cruise Line” üçün daha bir layner inşa edəcək

Almaniyanın “Meyer Werft” gəmiqayırma şirkəti dünyanın nəhəng Britaniya-Amerika kruiz operatoru “Carnival Corporation & plc” (“CCL”) ilə “Carnival Cruise Line” üçün daha bir müasir kruiz gəmisi inşa etmək barədə müqavilə bağlayıb.  

“Seanews.az” xəbər cerir ki, 2023-cü ildə istismara verilən “Carnival Jubilee” laynerinə oxşar layihə üzrə tikiləcək gəmi 2027-ci ildə hazır olacaq.

“Meyer Werft” və “Meyer Turku” 2018-ci ildən bəri mayeləşdirilmiş təbii qaz (LNG) mühərrikləri ilə doqquz kruiz gəmisi inşa ediblər. Yeni gəminin uzunluğu təxminən 344 metr, ümumi tutumu 180 min ton, sərnişin tutumu 6,4 min nəfərdən çox olacaq.

“Meyer Werft”-in sifariş portfelinə indi beş kruiz gəmisi, bir tədqiqat gəmisi və dörd dəniz platforması üçün polad konstruksiyalar daxildir.

“Carnival Corporation & plc” Şimali Amerika, Avropa, Avstraliya və Asiyada kruiz marşrutlarına xidmət göstərir. Korporasiyanın doqquz brendinin birləşmiş donanmasına 90 kruiz gəmisi daxildir. Bu gəmilər dünyanın 700-dən çox limanına xidmət göstərir. “Carnival” həmçinin Alyaskaya və Kanadanın Yukonuna səfərlər həyata keçirir.

“Meyer Werft” şirkəti 1795-ci ildə yaradılıb və “Meyer Neptun Grup”-a daxildir. Gəmiqayırma zavodunun sahibi artıq Meyer ailəsinin yeddinci nəslidir. Şirkət iri müasir kruiz gəmilərinin tikintisi üzrə ixtisaslaşıb. Bu günə qədər “Meyer Werft” 37 kruiz gəmisi inşa edib. Gəmiqayırma zavodunda avtomobillərin və sərnişinlərin daşınması üçün Ro-Ro gəmiləri və mayeləşdirilmiş neft qazının daşınması üçün tankerlər də tikilir. Rostokdakı törəmə şirkəti “Neptun Werft GmbH” çay kruiz gəmiləri və qaz daşıyıcıları inşa edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır