Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Çində yük gəmisi körpünün bir hissəsini dağıdıb, avtobus çaya düşüb

Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi magistral körpüyə çırpılıb və körpünün bir hissəsini dağıdıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə 1:30) şəhərin Nanşa rayonunda baş verib.

Daha sonra körpüdə hərəkətdə olan sərnişin avtobus suya düşüb. Lakin avtobusda yalnız sürücü olub. Onunla əlaqə kəsilib.

Bir neçə dalğıc hadisə yerindədir və qəzanın başvermə səbəbi aydınlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır