Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” 809,2 milyon dollar dəyərində dörd tanker tikintisi üçün sifariş alıb

Cənubi Koreyanın gəmiqayırma şirkəti “Samsung Heavy Industries” (SHI) dörd yeni mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin tikintisi üçün sifariş alıb.

“Seanews.az”-ın məlumatına görə, sifarişi Asiyadan olan naməlum gəmi sahibi verib. Müqavilənin dəyəri təxminən 809,2 milyon dollardır. Gəmilər 2024-cü ilin fevral ayına qədər sifarişçiyə təhvil verilməlidir.

Müqavilənin digər detalları açıqlanmayıb.

“Samsung Heavy Industries”, keçən ay təxminən 393 milyon dollar dəyərində LNG daşıyan iki tankerin inşası üçün sifariş almışdı.

Bu arada, şirkət 2,6 milyard dollar dəyərində LNG daşıyan buzqıran gəmilər  inşa etmək üçün rus podratçıları ilə danışıqlar apardığını da təsdiqləyib.

Son sövdələşmələr gəmi istehsalçısının sifariş qovluğunu 64 gəmiyə qədər artırır ki, bu da “Samsung Heavy Industries”-nin illik sifariş hədəfinin 95%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır