Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Super trauler də daxil olmaqla 90-dan çox balıqçı gəmisi tikiləcək

Müxtəlif investorlarla imzalanan müqavilələrə əsasən, Rusiyanın balıq sənayesi üçün super trauler də daxil olmaqla uzunluğu 100 metrdən çox olan 90-dan çox balıqçı gəmisi inşa ediləcək.

“Seanews.az” xəbər verir ki, bu barədə Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov “IA REGNUM”-a müsahibəsində bildirib.

"Tikintinin təhvil verilməsi vaxtında gecikmələr var, amma layihələrin icrası ilə bağlı heç bir maneə yoxdur. 20-yə yaxın gəminin təhvil verilmə müddətləri orta hesabla iki il uzadılıb. Balıqçı gəmilərini vaxtında təhvil verməyənlərə haqq qazandırmadan qeyd edirəm ki, hələ heç vaxt gəmilərin inşası belə geniş miqyasl almamışdı",-deyə bildirib.

Təhvilvermə müddətlərin dəyişdirilməsinə tərsanədə layihələrin icrası zamanı ortaya çıxan maliyyə problemləri təsir edib.

"Əlbəttə ki, vəziyyəti izləyirik, ancaq səlahiyyətlərimiz xaricində işgüzar əlaqələrə müdaxilə edə bilmərik. Proqramın ikinci mərhələsində onların baş vermə risklərini minimuma endirməyə çalışacağıq", - İlya Şestakov bildirib.

Artıq 6 gəmi sifarişçiyə təhvil verilib, 36 gəmi isə suya buraxılıb. Tikinti işləri davam edir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır