Norveçli milyarder “Euronav” tanker şirkətinin xaricdəki ən böyük səhmdarı olub
“Frontline” və “Golden Ocean” şirkətlərinin sahibi olan milyarder Jon Fredriksen, “Euronav” tanker şirkətinin kapitalının 5,5% -ni təşkil edən 12,1 milyon səhmini satın alıb.
“Seanews.az” xəbər verir ki, əməliyyat J. Fredriksen tərəfindən təsis edilən “CK Limited” şirkəti vasitəsilə həyata keçirilib. Sövdələşmə oktyabrın 4-də baş tutub.
Norveçli maqnat “Euronav”-un səhmlərinin 5,5%-ni satın almaqla şirkətin xaricdəki ən böyük səhmdarı olub.
“Euronav” şirkətinin səhmlərinin qiyməti son bir ay ərzində 27.7% artmışdır və J. Fredriksenin artıq sərmayələrdən kifayət qədər gəlir əldə etdiyini düşünmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır