Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yaponiya qanadlı raketlər buraxa bilən sualtı qayıq yarada bilər

Yaponiya hökuməti ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərini buraxa bilən sualtı qayığın yaradılması imkanlarını araşdırır.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Yaponiya hakimiyyəti rəqibin yerüstü buraxılış qurğularına cavab zərbəsi endirməyə imkan verəcək uzaqmənzilli raketləri əldə etməyə çalışır. Eyni zamanda, rəqib üçün sualtı qayığın yerini müəyyənləşdirmək gəmi və təyyarələrlə müqayisədə daha çətin olacaq. Bununla əlaqədar olaraq, sualtı qayığın prototipinin layihələndirilməsi və yaradılması prosesi 2024-cü maliyyə ilində (1 aprel 2024-cü il - 31 mart 2025-ci il) başlaya bilər. Onun sınaqlarının nəticələrinə əsasən 10 il ərzində yeni sualtı qayığın qəbulu barədə qərar qəbul ediləcək.

Qəzet qeyd edib ki, yapon sualtı qayıqları hazırda əsasən qısamənzilli torpedalar və gəmiəleyhinə raketlərlə təchiz olunub ki, onlardan ən müasiri təxminən 250 km məsafə qət etməyə qadirdir. Eyni zamanda, “Tomahawk” raketi 1 250 km-dən çox məsafədəki hədəfləri vura bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır