Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ərdoğanla Putin "taxıl sazişi"inin icrasını müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tərəflər bir sıra regional məsələləri, o cümlədən, "taxıl sazişi"inin icrasını müzakirə ediblər.

Qeyd olunur ki, prezident R.T.Ərdoğan "taxıl dəhlizi" ilə Ukrayna limanlarından nəqlin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır