“Yara” karbon qazını dənizin dibində saxlayacaq
Norveçin “Yara” şirkəti Sluyskil gübrə zavodundan tutduğu karbon qazını Norveç sahillərində Şimal dəniz limanının 60 km-lik akvatoriyasında dənizin dibində saxlamaq üçün müqavilə bağlayıb. Bu, CO2-nin transsərhəd daşınması və saxlanmasına dair dünyada ilk sazişdir.
“Seanews.az”-ın məlumatına görə, 2025-ci ildən başlayaraq, Sluyskil zavodu sonrakı yüksək təzyiqli mayeləşdirmə və Şimal dənizinə gəmi ilə nəqli üçün ildə 0,8 milyon tona qədər CO2 tutacaq. Mayeləşdirilmiş CO2 Norveç sahillərindən 2,6 km dərinlikdə saxlanılacaq. Bunun üçün “Northern Lights” şirkəti məsuliyyət daşıyacaq. Bu, ilk transsərhəd karbon tutma və saxlama layihəsidir.
1990-cı ildən “Yara” Sluyskil zavodunda CO2 emissiyalarını ildə 3,4 milyon azalda bilib. CO2-nin bir hissəsi yaxınlıqdakı istixanalara gedir. 2025-ci ilə qədər “Yara” İXQ emissiyalarını ildə 0,7 milyon tona qədər azaltmağı planlaşdırır və Şimal dəniz limanı 2030-cu ilə qədər CO2 emissiyalarını 50% azaltmağı hədəfləyir.
1905-ci ildə Avropada aclıq problemini həll etmək üçün qurulan Norveç şirkəti “Yara” indi kənd təsərrüfatı gübrələri sənayesində qabaqcıl bir şirkətdir. 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətin 17 minə yaxın əməkdaşı var. 2021-ci ildə “Yara” 16,6 milyard dollar gəlir əldə edib.

