Hörmüz boğazında gəmiyə hücum: dənizçi həlak olub
Hörmüz boğazında ticarət gəmisinə son hücum zamanı bir dənizçi həlak olub.
“Seanews.az” xarici mediaya istinadla bu barədə xəbər verir.
Dəniz təhlükəsizliyi üzrə “Vanguard Tech” şirkətinin məlumatına görə, 76 801 dwt tutumlu, Liberiya bayrağı altında üzən “Minoan Dignity” adlı “Panamax” tipli quru yük gəmisi Oman sahillərindən təxminən 5 dəniz mili məsafədə hərəkət edərkən naməlum mərmi ilə vurulub. Mərmi gəminin maşın şöbəsinə düşüb və baş mexanik həlak olub. Ekipajı helikopterlə təxliyə etmək üçün iki cəhd uğursuz olub.
2004-cü ildə inşa edilən gəmi “Asante Management Co” şirkətinə məxsusdur və Afinada yerləşən “Modion Maritime Management” tərəfindən idarə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

