Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Nigeriya gəmilərinə ABŞ məhdudiyyəti 12 ildən sonra aradan qaldırılıb

ABŞ Sahil Mühafizəsi Nigeriyadan ABŞ-yə gedən gəmilərə tətbiq olunan 12 illik təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırıb.

“Seanews.az” xəbər verir ki, 2014-cü ildən qüvvədə olan “Giriş şərtləri”  (Conditions of Entry – CoE) müəyyən Nigeriya limanlarına daxil olmuş və ABŞ-yə yollanan gəmilər üçün əlavə təhlükəsizlik tədbirləri və yoxlamalar tələb edirdi.

Nigeriyanın Dəniz və Mavi İqtisadiyyat naziri Adeqboyeqa Oyatola bildirib ki, qərar ölkənin dəniz təhlükəsizliyi və Gəmi və Liman Qurğularının Mühafizəsi üzrə Beynəlxalq Məcəllənin (ISPS Code) tətbiqi sahəsində əldə etdiyi irəliləyişləri əks etdirir. ABŞ Sahil Mühafizəsi 2024-2026-cı illərdə Nigeriyanın dəniz təhlükəsizliyi sistemi və limanlarında dörd qiymətləndirmə aparıb.

Məhdudiyyətlərin aradan qaldırılması gəmiçilik xərclərini və gəmilərin limanlarda qalma müddətini azaldacaq. Həmçinin bu qərarın Nigeriya limanlarının beynəlxalq gəmiçilik şirkətləri üçün cəlbediciliyini artıracağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır