Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Sanksiyaya məruz qalan tanker Ədən körfəzində ələ keçirilib

ABŞ-nin sanksiya tətbiq etdiyi “Sibu 1” adlı neft tankeri Ədən körfəzində quldurlar tərəfindən ələ keçirilib və Somali istiqamətinə yönəldilib.

“Seanews.az” xəbər verir ki, bu, bölgədə bu həftə qeydə alınan ikinci gəmi ələ keçirmə hadisəsidir.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumunun məlumatına görə, hadisə Yəmənin Əl-Mükəlla şəhərindən təxminən 136 dəniz mili şərqdə baş verib. Gəmi icazəsiz bir qayığın yaxınlaşması barədə həyəcan siqnalı verdikdən sonra 6 silahlı şəxs onun göyərtəsinə çıxaraq idarəetməni ələ keçirib.

32 200 ton dedveytə malik tanker hadisədən əvvəl AIS vasitəsilə “Gəmidə quldurlar var, kömək edin” mesajı yayıb və daha sonra istiqamətini dəyişib.

Əvvəllər “Seamull” adlanan “Sibu 1” 2025-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana aid “kölgə donanması”na qarşı sanksiyalar çərçivəsində siyahıya salınıb. ABŞ-nin məlumatına görə, tanker dəfələrlə İran neft məhsulları, o cümlədən nafta və qazoyl daşıyıb, həmçinin husilərin nəzarətində olan Yəmən limanlarına daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır