Oman sahillərində neft tankerinə hücum olub
Oman sahillərində neft tankeri hücum nəticəsində zədələnib və hərəkətini itirib. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
“Seanews.az” xəbər verir ki, hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. Hücum nəticəsində gəminin mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib.
Adı açıqlanmayan tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib.
Ekipajın təhlükəsiz şəraitdə olduğu, ətraf mühitə ziyan dəymədiyi qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

