Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

Böyük Britaniya Kral Donanmasının Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.

“Seanews.az” xəbər verir ki, hadisə avqustun 25-də UTC vaxtı ilə saat 17:30 radələrində Musandam yarımadasının şimal-qərbində baş verib. Zərbədən sonra tankerdə yanğın baş verib, lakin ekipaj yanğını söndürə bilib.

Ekipaj üzvlərinin hamısının təhlükəsiz şəraitdə olduğu, ətraf mühitə zərər dəyməsi barədə məlumatın olmadığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bundan əvvəl, bazar ertəsi Musandam yarımadasının şərqində, Oman sularında daha bir tanker vurulub. Zərbə nəticəsində gəmi hərəkətsiz qalıb və sürüklənməyə başlayıb. Yunanıstanın “eKathimerini” nəşri həmin tankerin yeni inşa edilmiş, 115 min ton dedveytdə olan “Metro Venetian” olduğunu bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır