Cənubi Koreya tankerində baş verən yanğında 2 ekipaj üzvü həlak olub
İnçxon liman şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən, 7 300 tonluq neft məhsulları tankerində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, Cənubi Koreya Sahil Mühafizəsinin açıqlamasına görə, hadisə avqustun 27-də qeydə alınıb. Yanğının gəminin maşın şöbəsində başladığı ehtimal olunur.
Hadisə zamanı gəmidə 18 dənizçi olub. Onlardan 16-sı xilas edilib, 20 və 60 yaşlarında olan iki ekipaj üzvünün meyiti isə maşın şöbəsində aşkarlanıb.
Beş saatdan çox davam edən yanğın yanacaq çənlərinə keçmədən söndürülüb.
Gəmi 12,4 milyon litr “Bunker C” yanacağı daşıyırmış.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

