Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Quş qripi təhlükəsi səbəbindən Makkuori adasındakı tədqiqatçılar təxliyə ediləcəklər

Avstraliya Antarktika İdarəsi (AAD) Makkuori adasındakı tədqiqat stansiyasında çalışan 24 nəfərin təxliyəsi üçün “Nuyina” buzqıran gəmisini göndərməyə hazırlaşır.

“Seanews.az” xəbər verir ki, qərar adada hələ quş qripi aşkarlanmasa da, xüsusilə H5 ştammının yayılma riskinin yüksək qiymətləndirilməsi ilə bağlıdır.

Antarktida yaxınlığında yerləşən ada “Nuyina”nın Tasmaniyadakı Hobart limanından təxminən 1 500 kilometr məsafədədir. Buzqıran gəmi əməkdaşlarla yanaşı, stansiyadakı vacib yükləri də geri götürəcək. Beləliklə, 1948-ci ildə yaradılan stansiya ilk dəfə işçisiz qalacaq.

Avstraliya hökumətinin məlumatına görə, Makkuori adasında təxminən 4 milyon dəniz quşu və 100 min suiti yaşayır. Xüsusilə yaz aylarında stansiyanın yaxınlığında minlərlə fil suitisinin balalaması quş qripinin yayılması ilə bağlı narahatlığı artırır.

Qərarın əsas səbəblərindən biri Avstraliyanın Heard və Makdonald adalarında H5 quş qripi səbəbindən 13 mindən çox suiti balasının tələf olmasıdır. Fil suitilərində xəstəliyin ölüm faizi 90%-ə çata bilir.

525 fut (təxminən 160 metr) uzunluğundakı “Nuyina”nın təxliyəni oktyabrın sonlarında Antarktidaya planlaşdırılan təminat səfərlərindən əvvəl həyata keçirməsi nəzərdə tutulur.

AAD həmçinin Makkuori adasındakı stansiyanın 370 milyon Avstraliya dollarına yenidən qurulması layihəsini həyata keçirir. Layihənin 2032-ci ildə başa çatdırılması və adada ilboyu fəaliyyətin davam etdirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır