Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Hörmüz boğazının Oman tərəfində tankerə üç mərmi ilə zərbə endirilib

Hörmüz boğazının Oman tərəfində hərəkət edən tanker naməlum mənşəli üç mərmi ilə vurulub.

“Seanews.az” xəbər verir ki, hadisə avqustun 31-də, UTC ilə saat 20:00 radələrində Omanın Xəsəb şəhərindən təxminən 17 dəniz mili şərqdə baş verib.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, tanker boğazdan çıxış istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ətraf mühitə zərər dəyməyib. Hücumun kim tərəfindən həyata keçirildiyi və tankerin hansı mərmilərlə vurulduğu hələ müəyyən edilməyib.

Bundan əvvəl, avqustun 29-da isə Xəsəbin təxminən 12 dəniz mili şimalında başqa bir tanker naməlum mərmi ilə vurulub. 

Son hadisələr Hörmüz boğazının Oman tərəfində, xüsusilə də gəmiçilik üçün nəzərdə tutulan cənub marşrutunda təhlükələrin davam etdiyini göstərir.

UKMTO hər iki hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib və bölgədə üzən gəmilərə ehtiyatlı olmağı tövsiyə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır