“Martek Marine” şirkəti koronavirus əleyhinə yeni testlər işə salır
Gəmiləri və dənizçiləri koronavirusun yayılmasından qorumaq üçün “James Fisher və Sons plc” şirkətinin alt qurumu olan “Martek Marine (Martek)” “CoronaSafe TM” adlı sınaq müayinəsini işə salıb.
“CoronaSafe TM” bir damla qan verəndən 5-7 gün sonra infeksiyanı aşkar edir. Bu test infeksiyaya yoluxmuş, lakin simptomları olmayan və ya təyin olunmayan şəxslər arasında infeksiyanı aşkar etmək üçün xüsusilə faydalıdır.
“Diamond Princess” kruiz gəmisindəki kütləvi yoluxmaların nəticəsi onu göstərdi ki, 20.6%-dən 39.9%-ə qədər infeksiyaya yoluxmuş şəxslərdə heç bir simptom olmayıb. “British Medical Journal”-da dərc edilən məqalə bunu təsdiq edir.
“CoronaSafe TM” testi bütün mövcud standartlara cavab verən sınaq kimi Avropa Birliyi tərəfindən təsdiqlənib. Bu test Yaponiya, Çin, Almaniya, Polşa, İndoneziyada səlahiyyətli şəxslər və korporasiyalar tərəfindən geniş miqyasda istifadə olunur.