Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Pilotlar dənizçilərə necə dəstək verə bilərlər

Beynəlxalq Gəmi Palatası (ICS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) heyət dəyişikliyi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda bildirilir: “"Dünyada yüz minə yaxın dənizçi koronavirus pandemiyası və məhdudlaşdırıcı tədbirlər səbəbindən heyət dəyişikliyi ilə bağlı problem yaşayır. Müqavilələrinin müddəti başa çatmış dənizçilərin sayı artmaqdadır, lakin gəmini tərk edib evlərinə qayıda bilmirlər. Biz dünya dövlətlərini, dənizşilərin daşınmasını təmin etmək və heyət dəyişikliyində kömək etməyə çağırırıq. Bu tədbir həm də sərnişin səyahətlərini bərpa etməyə və qlobal tədarük daşımalarını qorumağa imkan verəcək."

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) rəsmisi Aleksandr De Junyak bu çağırışa münasibət bildirib: “Aviaşirkətlər koronavirusun yayılmasının qarşısını almaq üçün sərnişin daşımalarını azaltmaq məcburiyyətində qalıblar. Lakin dünya hökumətlərinin başçıları heyət dəyişikliyi üçün müvafiq tibbi və immiqrasiya sənədlərinə düzəliş edərsə, o zaman aviaşirkətlər qlobal logistika prosesini davam etdirməyə kömək edə bilər."

Beynəlxalq Gəmi Palatası (ICS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) heyət dəyişikliyi üçün Çin, Hindistan, Filippin, habelə Qərbi və Şərqi Avropadakı hava limanlarını daha əlverişli hesab edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır