Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Avtonom gəmiçilikdə kim lider olacaq?

Seanews.az xəbər verir ki, Britaniyanın “Thetius” konsaltinq şirkəti 2025-ci ilə qədər Çinin avtonom gəmiçilikdə lider olacağı barədə proqnoz verib.

“Thetius” avtonom gəmiçiliklə bağlı üç minə yaxın patenti araşdıraraq, onların 96%-nin Çində qeydə alındığı barədə açıqlama verib. Bu patentlərin böyük əksəriyyəti son beş ildə Çin universitetləri və özəl şirkətlərin kiçik bir qrupu tərəfindən qeydə alınıb.

Şirkətin açıqlamasında bildirilir: “Belə qənaətə gəlmək olar ki, çinli ixtiraçılara avtonom gəmi hazırlamaq üçün kifayət qədər maliyyə vasitəsi ayrılıb. Bundan əlavə, Çinin səlahiyyətli şəxsləri, bu texnologiyaları sınaqdan keçirmək üçün Guangdongda böyük bir mərkəz yaradaraq bu sənayeyə dəstək veriblər.”

“Thetius”-un hesablamalarına görə avtonom gəmi daşımalarının illik dövriyyəsi 1.1 milyard dollardır. Bu rəqəmin 2025-ci ilə qədər 7% artması gözlənilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır