Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

BMT-nin okean məsələləri üzrə konfransı təxirə salınıb

İyunun 2-dən 6-dək Lissabonda keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının okean məsələləri üzrə konfransı COVID-19 pandemiyası ucbatından təxirə salınıb.

BMT-nin bəyanatına müvafiq olaraq, konfransın təşkilinə məsul olan Portuqaliya və Keniya hökumətləri, həmçinin BMT-nin Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande konfransın pandemiyanın tədrici inkişafından asılı olacaq yeni keçirilmə tarixini müzakirə edəcəklər.

Bəyanatda deyilir ki, konfransın təxirə salınmasına baxmayaraq, davamlı inkişaf maraqları çərçivəsində elm və innovasiyalara əsaslanaraq okean və dəniz ehtiyatlarının qorunması, səfərbər edilməsi və səmərəli istifadəsi, müvafiq qərarla qəbul edilməsi və həyata keçirilməsi üzrə səylər davam etdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır