Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Çin ən böyük neft-kimya limanını istifadəyə verib

Çinin aparıcı enerji və kimya korporasiyası olan “Sinopec Corp” ölkənin ən böyük neft-kimya limanını istismara verib.

"Seanews.az" xəbər verir ki, layihənin təhvili “VLCC New Renown” adlı neft tankerinin müvəffəqiyyətlə yan alması və boşaldılması ilə yadda qalıb. 

“Sinopec” emalı zavodundan 1,1 km məsafədə yerləşən yeni limanda neftin daşınması üçün körpü, 8 min ton ağırlığı olan gəmilərin yan alması üçün nəzərdə tutulmuş körpü, 100 min ton ağırlığı olan tankerlər üçün əlavə bir körpü və ümumi çəkisi 34 milyon ton olan yüklərin daşınmasını təmin edən köməkçi qurğular da daxil olmaqla 8 terminal var.

Layihənin birinci mərhələsinə yatırılmış ümumi sərmayə 40 milyard yuan (1.4 milyard dollar) təşkil edir.  Ümumi sərmayənin 60 milyard yuanı keçəcəyi təxmin edilir. 

Hazırda layihədə 18 mindən çox inşaatçı çalışır, Nəzərdə tutulan 30 əsas istehsal müəssisəsinin 28-i artıq istifadəyə verilib. Layihənin tam başa çatması və işə salınması iyulun sonuna planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır