

Türkiyə tərsanələrinə xaricdən gələn gəmilər lövbər ərazisində 14 gün gözləməyəcək
Türkiyədə koronavirusla mübarizədə normallaşma dövründə daha bir addım atılıb.
“Seanews.az” xəbər verir ki, Türkiyə tərsanələrinə xaricdən gələn gəmilər lövbər ərazisində 14 gün gözləməyəcək.
Bu barədə İMEAK Dəniz Ticarət Palatası açıqlama yayıb.
Palatadan bildirilib ki, bununla bağlı tətbiq edilən qadağa aradan qaldırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır