Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Pilotsuz sualtı aparatı "Poseydon"un işə salınma tarixi məlum olub

“Poseydon” sualtı aparatın istismara verilməsi cari ilin payızına planlaşdırılır.

"Seanews.az" xəbər verir ki, işə salma prosesi nüvə sualtı qayığı – “Belqorod”-un göyərtəsində həyata keçiriləcək.

Çoxfunksiyalı nüvə sualtı qayığı “Belqorod”, “Poseydon” aparatını işə salmaq üçün “949A-Antey” layihəsindən “09852” layihəsinə keçirilib. 

“Poseydon” tipli aparatların daşıyıcısı olan “Xabarovsk” (098531 layihəsi) nüvə sualtı qayığın işə salınması isə yaxın aylarda planlaşdırılır.

Bu qayığın texniki parametrləri rəsmi olaraq hələlik açıqlanmayıb. Bəzi mənbələrə görə, qayığın suya oturumu 10 min ton, sürət həddi 32 uzel, avtonom rejimdə üzmə bacarığı isə 120 gündür. Qayığın işçi heyəti 100 nəfərə qədərdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır