

Quru yük gəmisi körpüyə çırpılıb
“Jonas Oldendorff” quru yük gəmisi Cənubi Avstraliyanın Linkoln limanında qəzaya uğrayıb.
"Seanews.az" xəbər verir ki, Qətərdən gələn gəmi sahilə yan alan zaman körpüyə çırpılıb. Hadisə yerinə köməyə iki ədəd yedək gəmisi gəlib.
Məlumata görə, gəmi və körpü yüngül zədələniblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır