

Gəminin göyərtəsindəki konteynerlər dənizə aşıb
Sinqapura məxsus “APL England” konteyner gəmisi Çinin Ninbo şəhərindən Avstraliyanın Melburn şəhərinə səfəri zamanı Sidneydən 73 km cənub-şərqdə fırtınaya düşüb.
"Seanews.az" xəbər verir ki, güclü külək nəticəsində müvazinətini itirən gəmidən təxminən 40 konteyner suya aşıb. Hazırda onlar təxminən 2 km dərinlikdədirlər. Digər 74 konteyner zədələnərək gəminin göyərtəsində qalır.
Qəzadan sonra gəmi Brisbenə doğru üzüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır