Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Çin istehsalı olan hərbi aviadaşıyıcı gəmi dəniz sınaqlarına başlayıb

Çin istehsalı olan “Şandon” adlı ilk aviadaşıyıcı dənizdə sınaqlara başlayıb.

Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sınaqlar Çin hərbi dəniz qüvvələrinin illik yoxlama planına uyğun olaraq həyata keçirilir. Bu, “Şandon”un ötən ilin dekabrında silahlanmaya daxil edilməsindən sonra ilk sınaq səyahətidir. Dəniz sınağı təyyarədaşıyan gəminin silah və texniki imkanlarının yoxlanılmasına, onun hazırlıq səviyyəsinin yüksəldilməsinə və dənizçilərin qarşıya qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirmək qabiliyyətinin daha da artırılmasına yönəlib.

Qeyd edək ki, tikintisi 2013-cü ilin noyabrında başlayan “Şandon” gəmisi son hazırlıq və sınaqlardan sonra 2019-cu ilin dekabrında istismara qəbul edilib. “Şandon” bütünlüklə Çinin yerli sənayesinin gücü ilə istehsal edilən ilk aviadaşıyıcı gəmidir. Uzunluğu 315 metr, eni 75 metr, çəkisi 70 min ton olan gəmi göyərtəsində 36 qırıcı təyyarə daşıya bilər.

Çinin hərbi dəniz qüvvələrinin arsenalında “Lyaonin” adlı daha bir təyyarədaşıyan gəmi də var. O, 1990-cı illərin sonlarında Ukraynadan alınan “Varyaq” aviadaşıyıcı kreyserin bazasında hazırlanıb.

Çin hazırda böyük həcmli üçüncü “üzən aerodromun” tikintisini də davam etdirir. Bu gəminin, eyni zamanda, nüvə-güc qurğusu və bir neçə buxar katapultu ilə təchiz olunması nəzərdə tutulur.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır