Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“United Shipbuilding Corporation” yeni quru yük gəmisi layihəsini təqdim edib

“United Shipbuilding Corporation” yeni quru yük gəmisi layihəsini təqdim edib. “Finval-8000” adını almış bu gəmi Rusiyada hazırlanmış detallardan inşa ediləcək.

"Seanews.az" xəbər verir ki, gəmi quru yüklərin, o cümlədən taxılın, konteynerlərin və təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulub. Çay-dəniz sinifinə aid su nəqliyyatı vasitəsinin dedveyti təxminən 8 min tondur.

Layihənin yaradılması zamanı gəminin yanacaq istehlakının azaldılmasına xüsusi diqqət yetirilib.

Gəminin inşası korporasiyanın bir neçə gəmiqayırma zavodunda həyata keçirilə bilər. 

Artıq texniki layihəsi və dizaynı hazır olan gəminin 2021-ci ildə istismara verilməsi planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır