Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

"Fatih" gəmisi 15 günə axtarış-arama işlərinə başlayacaq

İstanbuldan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yola saldığı ilk yerli qazma gəmisi "Fatih" Trabzon sahillərinə yaxınlaşıb.

Qara dənizdə qazma fəaliyyətlərini reallaşdırmaq üçün İstanbulun fəthinin 567-ci ildönümü günü - 29 may tarixində səfərə çıxan "Fatih"i Trabzon valisi İsmayıl Ustaoğlu, Böyükşəhər bələdiyyə sədri Murad Zorluoğlu, Rayon Təhlükəsizlik İdarəsinin müdiri Metin Alper və digər səlahiyyətli nümayəndələr qarşılayıb.

Vali Ustaoğlu "Fatihin fəth etdiyi, Yavuzun idarə etdiyi, Qanuninin doğulduğu Trabzona xoş gəldiniz. Rəbbim yar və köməkçiniz olsun", - deyə səslənib.

Jurnalistlərin suallarını cavablandıran İsmail Ustaoğlu Qara dənizdə axtarış-arama fəaliyyəti göstərəcək “Fatih” gəmisinə əlavə parçaların da birləşdiriləcəyini və gəminin 15 günə axtarış-arama işlərinə başlayacağını deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır