

Norilskdə çay suları qırmızı rəngə boyanıb
Norilskdə istilik elektrik stansiyasının ərazisində minik avtomobilinin törətdiyi qəza səbəbindən “NTEK” şirkətinə məxsus yanacaq rezervuarında dizel sızması baş verib və hadisə yanğınla nəticələnib.
"Seanews.az" xəbər verir ki, rezervuardan 20 min ton yanacaq axıb. Nəticədə Ambarnaya və Daldıkan çayları tünd qırmızı rəngə boyanıb.
Hadisə yerinə Murmanskdan ekspert qrupu və dəniz xilasediciləri göndərilib.
İlk növbədə çayların suyunun qonşu çay və dənizlərə axmasının qarşısı alınıb. Zəhərli maddələrin törədə biləcəyi təhlükə yalnız Arktik ekosistemini deyil, insan sağlamlığını da təhdid edə bilər.
Hadisə ilə bağlı cinayət işinin açılacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır